14:54, 09 Noyabr 2018 (Cümə) 211

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış
"Dağlıq Qarabağ münaqişəsi çox uzun müddətdir ki, davam edir, tərəflərin qarşılıqlı ittihamlardn çəkinməsinin və öz əhalisini sülhə hazırlamasının vaxtı çatıb", - ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini vəzifəsinin icraçısı Qreqori Makrisin noyabrın 8-də Vyanada ATƏT Daimi Şurasına ünvanladığı məktubda deyilir.

ABŞ həmsədr ölkə olaraq Minsk Qrupunun, hazırkı sədrin şəxsi nümayəndəsinin işini qətiyyətlə dəstəklədiyini bir daha bəyan edir. Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında onların iştirakını yüksək qiymətləndiririk", - məktubda qeyd olunur.

"Vaşinqton bu yaxınlarda tərəflərin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində konstruktiv əlaqəsindən ruhlanıb. Bu əlaqələr birbaşa və müsbət nəticələr verir, çünki tərəflər son iki ayda təmas xəttində zorakılığın azaldığını bildiriblər.

Tərəflər buna yol verən imkanlardan yararlanmalı və nizamlanma prosesinin irəliləməsi yollarını tapmalıdır. Həmsədrlər bəzi tədbirlər təklif ediblər ki, tərəflər gələcəkdə gərginliyin səngiməsi və kommunikasiyanın yaxşılaşdırılması üçün bundan istifadə edə bilər. Birləşmiş Ştatlar bu tövsiyələri dəstəkləyir. Analoji olaraq ABŞ təmas xətti boyunca gərginliyin azaldılması tədbirlərini, hazırkı sədrin şəxsi nümayəndəsinin monitorinq və araşdırma mexanizminin yaradılması imkanlarının genişləndirilməsini dəstəkləyir. Birləşmiş Ştatlar hesab edir ki, xarici işlər nazirlərinin görüşü həmin tədbirlərin həyata keçirilməsi üçün müzakirələrə yeni təkan verə bilər", - məktubda qeyd olunur.

Vaşinqton həmçinin inam tədbirlərinin möhkəmləndirilməsini və ermənilərlə azərbaycanlılar arasında dialoqu dəstəkləyir. Bu, vəziyyəti sabitləşdirə bilər və danışıqlar üçün daha konstruktiv atmosfer yaradar" - məktubda deyilir.

"Dialoqda iştirak edənlərin bunu sərbəst etmək imkanları olmalıdır, onlar evlərinə qayıtdıqdan sonra ittihamlardan, sıxışdırılmadan ehtiyat etməməlidir.

Birləşmiş Ştatlar bu münaqişədə hərbi yolun olmaması fikrini bölüşür. Status-kvo qəbuledil məzdir.

ABŞ Helsinki Yekun Aktında qeyd edildiyi kimi, münaqişənin güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların özünütəyin hüququ prinsipləri əsasında dinc və davamlı həlli yolunun axtarılmasında tərəflərlə əməkdaşlıqda tam əzmlidir", - məktubda bildirilir.