10:52, 17 Oktyabr 2018 (Çərşənbə) 200

Azərbaycan daha 5 il Formula-1 keçirmək istəyir

Azərbaycan daha 5 il Formula-1 keçirmək istəyir
Oktyabrın 16-da 2019-cu ildə Bakıda keçiriləcək "Formula-1" yarışlarına bilet satışı başlayıb.

Yarışmanın təşkilatçısı Baku City Circuit bildirib ki, biletləri şəhərin 13 nöqtəsində, həmçinin online almaq olar. Yarışlar aprelin 26-28-də keçiriləcək.

Bundan öncə şayiə yayılmışdı ki, Bakı yarışlar qeyri-rentabelli olduğu üçün gələcəkdə onun keçirilməsindən imtina etmək niyyətindədir. Guya hakimiyyət 100 mln. dollar məbləğində cəriməni də ödəməyə hazırdır. Görünür, ölkə rəhbərliyi qərara alıb ki, yarışlar lazımdır. İndiki müqavilənin müddəti 2020-ci ildə bitir. Ancaq bu gün təşkilatçıların nümayəndəsi N.Arpadarayi bildirib ki, yarışların daha beş il -2025-ci ildək uzadılması ilə bağlı danışıqlar aparılır.

Paytaxt sakinləri bu tədbirə olduqca mənfi yanaşırlar. Belə ki, bir həftə ərzində şəhərin mərkəzinə giriş-çıxış bağlanır, səs-küydən qulaq tutulur, üstəlik büdcəyə də faydası yoxdur.
 
Turan