10:26, 17 Oktyabr 2018 (Çərşənbə) 208

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,12 dollar və yaxud 0,15% azalıb.
 
"Azeri LT CIF" markalı neftin qiyməti 81,69 dollar/barelə bərabər olub.
 
"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.