16:35, 11 Oktyabr 2018 (Cümə axşamı) 297

Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq

Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq
"Növbəti günlərdə Azərbaycanda meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
 
 

"Meşələr mühafizə olunmalıdır. Meşəni biz mühafizə etsək, o özü-özünü bərpa edəcək", - nazir müavini əlavə edib.