19:58, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 225

Azərbaycanın NATO yanında nümayəndəliyinə başçı təyin edilib

Azərbaycanın NATO yanında nümayəndəliyinə başçı təyin edilib
Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəsi geri çağırılıb.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Emin Yaqub oğlu Eyyubov Azərbaycanın AŞ yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Ölkə başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov yeni daimi nümayəndə təyin olunub.

Prezident İlham Əliyev həmçinin, Azərbaycanın NATO yanında Nümayəndəliyinə başçı təyin edib.

Sərəncama əsasən, Qaya Məmməd oğlu Məmmədov bu vəzifəyə təyin olunub.