12:06, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 109

Bakıda generalların üçtərəfli görüşü olacaq

Bakıda generalların üçtərəfli görüşü olacaq
Noyabrın 21-də Bakıda Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyə Baş Qərargah rəisi Yaşar Gülər və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaya ilə görüşməlidir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi noyabrın 20-də məlumat yayıb.

Həmin məlumata görə, üçtərəfli formatda keçirilən görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitlik, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra başqa məsələlər barədə fikir mübadiləsi aparılacaq.