15:32, 22 Aprel 2019 (Bazar ertəsi) 283

Baş Tibb İdarəsi: Əfqan Muxtarlının gözləri müayinə ediləcək

Baş Tibb İdarəsi: Əfqan Muxtarlının gözləri müayinə ediləcək
"Əfqan Muxtarlının gözlərində problem yaranıbsa bizim göz həkimlərimiz onu müayinə edəcək. Uroloji problemləri varsa, onu da həkimlər müayinə edəcək.”

Bu barədə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov Amerikanın Səsinin sualının cavabında bildirib.

Qurbanovun sözlərinə görə, Əfqan Muxtarlı və digər bütün məhbuslar daimi tibbi müayinədən keçirilir, müayinənin nəticəsi olaraq onlara müalicə təyin edilir.

Əfqan Muxtarlı 2017-ci ilin mayında həbs olunub. Jurnalist Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işğəncəyə məruz qaldığını, Azərbaycana zorla gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Prokurorluq jurnalisti güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham edib.

Əfqan Muxtarlı 2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

Jurnalistin Almaniyda mühacirtədə olan həyat yoldaşı Leyla Mustafayeva facebook səhifəsində Əfqan Muxtarlının gözlərində ağrılar əmələ gəldiyini və uroloji problemlərinin olduğunu yazıb.

Penitensiar Xidmət nə ilə məşğuldur? İndiyədək olunan müayinələrin rəsmi nəticələri haqda əlimizdə bir sənəd də yoxdur. Adamın sağlamlığı ilə bağlı xeyli problemləri var. Amma müayinələrin detalalrı haqqında əlimizdə bir sənəd də yoxdur. Dövlət sirri kimi gizlədirlər. Əfqanın şəkəri və təzyiqi var. Bildiyimiz hələ ki budur. Şəkərlə bağlı hələ də Gürcüstandakı həkiminin yazdığı dərmanları qəbul edir,” Mustafayeva qeyd edib.