17:44, 12 Oktyabr 2018 (Cümə) 227

Casusluqda ittiham olunan keşiş azadlığa buraxılıb

Casusluqda ittiham olunan keşiş azadlığa buraxılıb


/ DÜNYA
Türkiyədə casusluqda ittiham olunan amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.

Türkiyə mediası xəbər verir ki, məhkəmə onun 3 il 1 ay 15 gün azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. 

Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb. 

Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib.