20:10, 08 Noyabr 2018 (Cümə axşamı) 173

D18 Hərəkatı üzvünün saxlanıldığı bildirilir

D18 Hərəkatı üzvünün saxlanıldığı bildirilir
D18 Hərəkatının İdarə Heyətinin üzvü Zaur Rövşənli noyabrın 7-də saxlanıb.

"Azadlıq Radiosu" xəbər verir ki, Hərəkatın rəhbəri Ruslan İzzətlinin sözlərinə görə, noyabrın 8-də Zaur Rövşənli Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbs cəzası alıb.

Gənc fəalın İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanunu tələbinə tabe olmamaq) təqsirli bilindiyi vurğulanır.

"Zaur Rövşənli noyabrın 7-də metronun "Koroğlu” stansiyası yaxınlığında taksiyə minərkən saxlanıb.Dövlət Yol Polisinin əməkdaşları bildirib ki, Zaur Rövşənli onların tələbinə tabe olmayıb. Zaur isə deyir ki, polis onu təhqir edib. Məhkəməyə hal şahidləri də gətirdilər və 10 sutka həbs qəraraı çıxarıldı”, R.İzzətli qeyd edib.

O məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.