15:36, 10 Oktyabr 2018 (Çərşənbə) 96

Dini icmalara avtomobillər verilib

Dini icmalara avtomobillər verilib
Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya "Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. 

Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Sözügedən Sərəncama uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya "NAZ Lifan 330” markalı avtomobillər verilib.