12:07, 08 Yanvar 2019 (Çərşənbə axşamı) 314

Dollara tələbat artmaqdadır

Dollara tələbat artmaqdadır
Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2018-ci ilin dekabr ayı ərzində valyuta hərracında satılan vəsaitin həcmini açıqlayıb.

Fondun açıqlamasına görə, 2018-ci ilin son ayında 677.1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Fond 2018-ci ilin noyabrında isə 654.1 milyon ABŞ dolları satıldığını açıqlamışdı. Dollara tələbatın artması əvvəlki aylarda da davam edib. Fond oktyabrda 489.6, sentyabrda isə 394.8 milyon ABŞ dolları satıldığını bildirmişdi.