19:48, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 215

DTX-nin sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyətə başlayıb

DTX-nin sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyətə başlayıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi "Facebook", "Twitter" səhifələri və "Youtube" kanalı fəaliyyətə başlayıb. 

"Report"-un xəbərinə görə, DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi "Facebook”, "Twitter” səhifələri və "Youtube” kanalı fəaliyyətə başlayıb: 
" Yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür". 

"Eyni zamanda diqqətə çatdırılır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır! Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "facebook”, "twitter” və "youtube” hesablarına keçid işarə düymələrindən istifadə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar. Hörmətli istifadəçilərə səmərəli informasiya mübadiləsinə görə əvvəlcədən təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq!", - məlumatda vurğulanıb.