13:58, 15 Oktyabr 2018 (Bazar ertəsi) 189

Dövlət büdcəsinin gəlir və xərclərinin təsnifatını yenilənib

Dövlət büdcəsinin gəlir və xərclərinin təsnifatını yenilənib
Nazirlər Kabineti oktyabrın 11-də Azərbaycanda yeni vahid büdcə təsnifatını təsdiqləyib. 

Ölkənin əsas büdcə sənədinin funksional, iqtisadi və inzibati meyarlarına uyğun olaraq cari təsnifat 2004-cü ilin oktyabrında qəbul edilib.

Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar, icmal büdcə ilə əhatə olunan qurumlar bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş vahid büdcə təsnifatının tətbiqinə 2020-ci il 1 yanvar tarixindən başlayacaq. 

Sənəddə bu qərarın səbəbləri barədə heç bir məlumat yoxdur.