10:38, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 183

Gəncədə 4-mərtəbəli binada partlayış olub

Gəncədə 4-mərtəbəli binada partlayış olub
Noyabrın 20-də, səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonundakı dördmərtəbəli binada baş vermiş partlayış nəticəsində, hələlik, bir nəfərin həlak olduğu bildirilir.

Bunu Azərbaycan Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib ki, daha bir nəfər yaralanıb, həmin yaralının dağıntılar altından çıxarılmasından ötrü xilasetmə işləri aparılır.

"Report" agentliyinin xəbərinə görə, isə Gəncə Şəhər İcra Hakimiyyəti başçısınınmüavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib ki, dağıntılar altında iki ailə qalıb.

Noyabrın 20-si səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirilir.

FHN-in məlumatına görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb.

"Dağıntılar altında qalanların olduğu ehtimal olunur", - məlumatda vurğulanır.

Nazirliyin bildirməsinə görə, hazırda axtarış-xilasetmə işləri aparılır.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.