21:21, 20 Noyabr 2018 (Çərşənbə axşamı) 134

İkram Rəhimovun ev dustaqlığına buraxılması istənilir

İkram Rəhimovun ev dustaqlığına buraxılması istənilir
Barəsində məhkəməyə qədər həbs qərarı verilən realliq.info saytının redaktoru İkram Rəhimovun ev dustaqlığına buraxılması istənilir.

"Azadlıq Radiosu"nun xəbərinə görə, bu barədə onun ailə üzvləri bildiriblər.

Onların sözlərinə görə, Rəhimovun vəkilləri bu gün, noyabrın 20-də bununla bağlı Səbail Rayon Məhkəməsinə vəsatətlə müraciət ediblər.

Vəkilləri İkram Rəhimov barəsindəki həbs qərarının ev dustaqlığına dəyişdirilməsini xahiş ediblər. Məhkəmədən həmçinin, onun 11 min manat məbləğində girov əvəzində azadlığa buraxılmasını istəyiblər.

Prosessual qanunvericiliyə görə, belə vəsatətlərə 10 gün ərzində baxılmalıdır.