11:06, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 166

Mayk Pompeo Türkiyəyə səfər edəcək

Mayk Pompeo Türkiyəyə səfər edəcək


/ DÜNYA
ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcək. 

Səfərin oktyabrın 17-də baş tutacağı barədə yerli KİV-lərdə qeyd edilib.

Səfər çərçivəsində Pompeonun Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşəcəyi bildirilir. Onların bir sıra məsələlərlə yanaşı, səudiyyəli jurnalistin itkin düşməsi ilə bağlı məsələni müzakirə edəcəkləri gözlənilir.