17:17, 17 Oktyabr 2018 (Çərşənbə) 272

Mehman Hüseynovun şikayəti təmin edilməyib

Mehman Hüseynovun şikayəti təmin edilməyib
Bu gün Bakı Apelyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Hüseynovun apelyasiya şikayəti təmin edilməyib.

M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir.