12:18, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 187

Müdafiə naziri Çexiyaya səfər edəcək

Müdafiə naziri Çexiyaya səfər edəcək
Azərbaycanın müdafiə naziri Zakir Həsənov oktyabrın 17-20-də Çexiyaya işgüzar səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Həsənov səfər çərçivəsində Çexiyanın müdafiə naziri, habelə hərbi sənaye kompleksinin rəhbərliyi ilə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Azərbaycan ordusunun silahları arasında Çexiya istehsalı olan silahlar var. Xüsusən, bu "Dana" özügedən artilleriya qurğularıdır.