22:45, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 142

Nikol Pashinian istefa edib

Nikol Pashinian istefa edib
Ermənistanın baş naziri Nikol Pashinian oktyabrın 16-da, axşam saatlarında ictimai televiziyanın canlı efirində istefa verdiyini bəyan edib.

"Bu gün artıq dediyim kimi Ermənistan Respublikasının baş naziri vəzifəsindən istefa verirəm”.

Nikol Pashinian istefaya getməklə erkən seçkilərin keçirilməsi proseduruna start vermiş olur.

Beləliklə, Ermənistan Milli Məclisi qarşıdan gələn iki həftədə yeni baş naziri iki cəhddə seçə bilməsə, parlament avtomatik olaraq buraxılır və bunun ardınca dekabr ayında parlamentə yeni seçki keçirilir.

Ermənistan parlamentindəki fraksiyalar baş nazir vəzifəsinə namizəd irəli sürməyəcəklərini vəd ediblər.

"Azadliq.org"