09:53, 20 Oktyabr 2018 (Şənbə) 164

Rusiya və ABŞ prezidentləri görüşə bilər

Rusiya və ABŞ prezidentləri görüşə bilər


/ DÜNYA
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bu il Paris və Buenos-Ayresdə görüşə bilər.

"Bloomberg" xəbər verir ki, bunu Amerikanın yüksəkvəzifəli məmuru deyib.

Söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.

Bundan əvvəl Vladimir Putin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək istədiyini bildirib.