21:12, 09 Noyabr 2018 (Cümə) 139

Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb

Somalidə terror aktı nəticəsində 17 nəfər ölüb


/ DÜNYA

Somalidə otel yaxınlığında terrorçu-kamikadzelərin özünü partlatması nəticəsində azı 17 nəfər həyatını itirib.

Bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, ümumilikdə iki partlayış baş verib.

Bəzi məlumatlara görə, Moqadişodakı "Sahafi Hotel" mehmanxanasının qarşısında qeydə alınıb.

Bundan əvvəl Somalidə ABŞ hərbçilərinin hava zərbəsi nəticəsində 60-dək terrorçu məhv edilib.