10:44, 17 Oktyabr 2018 (Çərşənbə) 175

Türkiyədə dolların məzənnəsi aşağı düşüb

Türkiyədə dolların məzənnəsi aşağı düşüb


/ DÜNYA
Bu gün səhər saatlarından Türkiyədə ABŞ dollarının məzənnəsi 5,7 lirədən aşağı düşüb.

Türkiyə mətbuatı xəbər verir ki, banklararası valyuta bazarında Amerika valyutasının qiyməti bu il avqustun 10-dan bəri ilk dəfə 5,67 lirə ətrafındadır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda qonşu ölkədə Avropa valyutasının qiyməti 6,55 lirə ətrafındadır.

Türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb.